17/07/2023
Xristofor Kolumb gəmilərin təmiri üçün Yamaykaya səfər edir. Oradakı yerli sakinlər təmir işlərinə kömək edir və ekipajı yemək və içki ilə təmin edirlər. Bununla belə, təmir aylarla davam edir. Üstəlik, gəminin heyəti yerlilərin yeməklərini talayır. Bu vəziyyətdən qəzəblənən yerli sakinlər yardımı və ərzaqları kəsir. Çarəsiz qalan Kolumb gəmidə təqvimi baxarkən ertəsi gün Ay tutulması olduğunu öyrənir və dərhal yerlilərin başçısının yanına gedir. Başçıya Tanrı ilə əlaqə saxladığını və yardımların kəsilməsinə onun çox qəzəbləndiyini və bu qəzəbini Ayın üzünü qırmızıya çevirərək göstərəcəyini bildirir. Ertəsi gün axşam saatlarında Ay tutulması başlayır və tutulma səbəbindən Ayın rəngi qırmızı olur. Kolumbun oğlu həmin xatirə gündəliyində yazırdı:
“Onlar inilti və fəryadla hər yerdən gəmilərə tərəf gəlir, yemək-içmək gətirir, admirala yalvarırdılar ki, Tanrıdan onları bağışlamasını istəsin.
Kolumb qum saatına baxır, 48 dəqiqəlik tutulma bitmək üzrədir.
Onlara deyir ki, Tanrı onları bağışlayıb və tezliklə Ayı normal rənginə qaytaracaq.
Tutulma bitir, Tanrının bağışladığı yerlilər isə xoşbəxt görünürdülər, Kainatın işini bilən Kolumb jurnalında bircə qeyd edir:
“Cəhalət həmişə köləlik gətirir”.